')

Bu gün:


FutbolPress.Az | "Kəpəz" 7, "Real" 15-ci

"Kəpəz" 7, "Real" 15-ci


oxunma sayı: 1388 Paylaş:

FutbolPressMadrid “Real”ının İspaniya çempionatındakı 16 oyunluq qələbə seriyası qırılıb. Rekord göstəricilərlə bağlı UEFA-nın rəsmi saytında yazı yer alıb.

Burda Avropa ölkələrinin yüksək liqalarında ən azı ardıcıl 15 matçda qalib gələn klubların seriyaları qeyd olunub. Siyahıya 29 oyunluq seriya ilə "Benfika" başçılıq edir. Portuqaliya klubunu Zaqreb "Dinamo"su izləyir - 28 ardıcıl qələbə.

Siyahıda Azərbaycan klubu "Kəpəz"in də adı var. Gəncə təmsilçisi 22 oyunluq qələbə seriyası ilə siyahının 7-cisidi.

La liqanın son turunda "Vilyareal"la heç-heçə edən Madrid "Real"ı isə 16 ardıcıl qələbə ilə "Barselona", APOEL və "Valyur"la 15-18-ci yerləri bölüşdürür.

Siyahıda, həmçinin "İnter", "Bavariya" kimi klubların da qələbə seriyaları yer alıb.


oxunma sayı: 1388 | Paylaş:




?>