Bu gün:


FutbolPress.Az | “İdman Azərbaycan” niyə belə edir? (KİÇİK QEYD)

“İdman Azərbaycan” niyə belə edir? (KİÇİK QEYD)


oxunma sayı: 1158 Paylaş:

FutbolPressAzərbaycanda iki idman kanalı var – “CBC Sport” və “İdman Azərbaycan”.

Birinci AFFA yanında (nəzdində), dolayısıyla ARDNŞ (SOCAR) prezidenti Rövnəq Abdullayevə yaxın, digəri isə dövlət televiziyasının (AzTV) törəməsidir.

Qeyri-rəsmi son informasiyalara görə törəməyə 9 milyon manatadək büdcə ayrılır, özəl telekanal isə 2-3 milyon arası maliyyə ilə ili yekunlaşdırır.

Özəl kanalın yarandığı 1 ilə yaxın müddətdə bu iki kanal arasında yaradıcı, işgüzar rəqabətin olacağı gözlənilsə də, buna aid nümunələr elə çox göstərə bilmərik. Ancaq prinsipial mövqe məsələlərində yetəri qədər anormal  nüansı qabartmaq olar. Onlardan ən böyüyü, həmçinin absurdu “İdman Azərbaycan”ın futbol üzrə ölkə çempionatının oyunlarına aid görüntüləri verməməsidi.

Ümumiyyətlə, xəbərlər blokunda bu haqda nəsə göstərməkdən vaz keçən  kanalın niyə bu cür davranmasını kanal rəhbərliyindən öyrənmədən də səhih formada bildirmək olar.

Topaz Premyer Liqasının və I Divizionun yayım hüququnu alan “CBC Sport”un acığına, ora istinad etməməkçün kanal belə bir mövqe tutub.

Bu, nə dərəcədə peşəkarlığa ziddi? Təbii ki, xeyli dərəcədə.

Ancaq bu anlaşılmaz, utanc durumu kanal heç nə olmamış kimi yaşayır və hiss olunur ki, ömrü uzun ola bilər...

Təsəvvür edin, Azərbaycan çempionatında nələrin olub-keçdiyini bilmək istəyən tamaşaçı adıçəkilən kanalda buna aid nə hansısa verilişdə müzakirə gör(ür)əcək, nə xəbər tut(ur)acaq – sanki belə bir şey yoxmuş...

Bunun adı nədi?

Sivil cəmiyyətlərdə buna “TV sərsəmliyi” adı verərdilər. Bizdə isə 1 ildən çoxdur bu duruma nə ad qoyulub, nə bir münasibət bildirilib, nə də bu sərsəmlikdən utanıb, vəziyyəti düzəltməyə cəhd görünür...

Elçin



oxunma sayı: 1158 | Paylaş: