')

Bu gün:


FutbolPress.Az | "Beyl "Qızıl top"u qazana bilər"

"Beyl "Qızıl top"u qazana bilər"


oxunma sayı: 219 Paylaş:

FutbolPress"Tottenhem"də bir yerdə işlədiyi Harri Rednapp Qaret Beyl haqda tərif yağdırıb.

İngiltərəli mütəxəssisin fikrincə o, hazırda dünyanın ən yaxşı beş futbolçusundan biridir. Rednapp uelslinin "Ballon d`Or"u qazana biləcəyini deyib.

"Bəli, o "Ballon d`Or"u qazana bilər. Fikrimcə, Beyl fantastik talantdır".

Rednappa görə, Beyl yenidən İngiltərə Premyer Liqasına qayıtsa, çox şeyi dəyişə bilər: "Əgər o, "Mançester Siti"yə keçsə, onlar qələbə qazanacar. Əgər "Mançester Yuneyted"ə transfer olsa, eyni şeyi orda da qazana bilər. Eynilə "Tottenhem"ə, "Çelsi"yə də aid etmək olar bunu. Beyl fərq yarada bilən futbolçudur".


oxunma sayı: 219 | Paylaş:




?>