')

Bu gün:


FutbolPress.Az | DÇ 2016: Favoritlərdən çətin qələbə

DÇ 2016: Favoritlərdən çətin qələbə


oxunma sayı: 62 Paylaş:

FutbolPressFutzal üzrə dünya çempionatı davam edir. Kolumbiyada baş tutan mötəbər turnirdə gecə saatlarında daha iki qrupda mübarizəyə start verilib.

Turnirin favoritləri arasında göstərilən İtaliya millisi C qrupundakı ilk görüşündə Paraqvay üzərində 4:2 hesablı qələbəyə sevinib. Digər matçda Vyetnam Qvatemalanı eyni hesabla məğlubiyyətə uğradıb.

Çempionluğa əsas namizədlər arasında olan Braziliya D qrupunda Ukrayna önündə xeyli əziyyət çəkməli olub. Buna baxmayaraq, “sambaçılar” meydanı 3 xalla tərk etməyə nail olublar - 3:1.


F qrupunda yer alan Azərbaycan millisi ilk oyununu gecə saat 03:00-da Mərakeşə qarşı keçirəcək.


oxunma sayı: 62 | Paylaş:




?>