Bu gün:


FutbolPress.Az | Nə saxlayar Tərlanı?! (QEYD)

Nə saxlayar Tərlanı?! (QEYD)


oxunma sayı: 425 Paylaş:

FutbolPressAZAL-ın ən böyük fərqi varlığı ilə yoxluğu arasında elə bir fərqin olmamasındadı. Klubun Azərbaycan futboluna hansı isti-soyuğu dəyib – bəli, heç bir...

Bu gün “Qarabağ”a 6 cavabsız qolla uduzmaları da heç kəsin xətrinə dəymədi, əsəblərini oynatmadı. AZAL tərəfdarı var ki...

Bəlkə də bu işdən ən çox pəjmürdə-hal olan Eldəniz Yusifovla baş məşqçi Tərlan Əhmədov olub. Heç Yusifovun da sarsılması əmsalları xeyli aşağı olar.

Belə hesabla məğlubiyyət yalnız komandanın bütün yükünü çiyinlərində daşıyan Əhmәdova bərk təsir edər. Onun Qurban Qurbanovla rəqabət hissi yüksəkdi. Əlindən gələni edərdi ki, 0:6 hesabıyla  məğlub olmasın. Bu nəticə birbaşa komandanın daxilindəki trübilentlikdən xəbər verdi.

Tərlan Əhmədovun orda olmasını artıq istəməyənlər var. Bu haqda xəbərlər bir müddət əvvəldən dolaşırdı, ancaq dezo halında. Bu nəticə mənbələrin haqlı olduğuna dair inamı cücərtdi.

Elə bu AZAL idi, həmin Tərlanla ötən il necə döyüşkənlik nümayiş etdirirdi.

Çempionatda ən az ödənişi olan komandanın belə nəticələri  ona rəğbət qazandırmışdı. O da digər ortabab təkliflərə razılaşıb, əziyyətlə yaratdığını yarımçq qoymaq istəmirdi.

Ancaq görünür, rəhbərlik bu il transferlərçün heç nə ayırmamaqla bir, Tərlanın arxasında qalmamaqla da ikinci “hədiyyəni” vermiş oldu. İndi anti-tərlançılar onun dayaqsızlığına əmin olandan sonra fəallığı artırıblar. 

Əhmədovu bundan sonra AZAL-da hansı stimul saxlayacaq - sualın ritorikası dərindi.

Güman ki, ona gələn dəyərli təklif(lər)ə artıq müsbət cavab verəcək.

Elçin


oxunma sayı: 425 | Paylaş: