Bu gün:


FutbolPress.Az | Yaşar Vahabzadənin qətiyyəti ilə hiddəti (KİÇİK QEYD)

Yaşar Vahabzadənin qətiyyəti ilə hiddəti (KİÇİK QEYD)


oxunma sayı: 355 Paylaş:

FutbolPressAzərbaycan U-21 komandası pis getmirdi. Hətta yaxşı gedirdi. Qrupda Rusiya kimi ciddi rəqibə qalib gəlmək və s. 8 xal da normal əhval yaratmışdı. 

Yaşar Vahabzadə artıq adından söz etdirməyə başlamışdı.

Hər şey o gün Farer adalarıyla oyundan sonra şübhəyə büründü. Hesabı onlar açdı. Sonra bərabərlik qolunu vurduq və yekun nəticə bu oldu.

Sonra mətbuat konfransında Yaşar Vahabzadə, “Mən istefaya yox, növbəti oyuna hazırlaşıram dedi”.

Açığı, cəsarət əlamətlərindən bol, zəngin bir iddia olduğu üçün xoşagələn oldu. Hər xal itkisindən sonra nə deyəcəyini itirən, xaraktersiz məşqçilərə oxşamadı ən azı. 

Ancaq cəsarətli performansla hiddət arasında incə bir xəttin olduğunu da dünyanın hər qitəsindən olan filosoflar təsdiqləyər.

Yaşar Vahabzadə sadəcə qəbul eləməlidi ki, Farer adaları qrupda yeganə xalı Azərbaycanla oyunda – özü də səfərdə qazandı. Halbuki səfərdə bu rəqibdən qələbə xalı qopartmışdınız...

Deməli, hörmətli Vahabzadə, sizin komanda motivasiya problemi yaşayıb. Siz isə bu məqama qətiyyən toxunmamısınız. Müasir futbolda güc, ani qərarvermə keyfiyyətlərinin də üstündə durur doğru motivasiya...

Ümid edirik ki, qətiyyətinizin xoşagələnliyini daha da inkişaf etdirib, AFFA-dan tələb edəcəksiz ki, sizin xaricdə təlim mənimsəmənizə yardımçı olsunlar. Sizin istefanızı çıxış yolu saymırıq. Çünki aşağı yaş qruplarını çox yaxşı tanıyan, illərlə bu guşədə məşqçilik eləməyinizin təcrübəsini yenidən qazanmaq uzun vaxt aparar. Dorğu yol sizin dünyaya çıxışınız olar. Təcrübənizi, futbol dünyagörüşünüzü yeniləməlisiniz. 

Böyük klubların bazasında olun, Avropada yüzlərlə kurs var, iştirak edin. Təcrübənizdə mərhələ adlamaq, səviyyə yüksəltməyin vacib olduğu hiss olundu.


Elçin


oxunma sayı: 355 | Paylaş: