')

Bu gün:


FutbolPress.Az | "Göteborq"un baş məşqçisi: "Yaxşı komandaya uduzduğumuz üçün sevincliyəm"

"Göteborq"un baş məşqçisi: "Yaxşı komandaya uduzduğumuz üçün sevincliyəm"


oxunma sayı: 972 Paylaş:

FutbolPress

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" "Göteborq"a 3:0 hesabı ilə  qalib gəlib.
 
Oyundan sonra İsveç təmsilçisinin baş məşqçisi Yorgen Lennartsson məğlubiyyəti şərh edib:
 
- “Qarabağ”ı qələbə münasibətilə təbrik edirəm. Rəqib yaxşı komandadı. Yaxşı oyunçuları var. Onlar bu gün qələbəyə layiq idilər. Oyuna yaxşı başlamışdıq. Lakin künc zərbəsindən sonra qapımızda qol gördük. Bundan sonra rəqibin qarşısını ala bilmədik.
 
- Meydançanın vəziyyəti oyunun nəticəsinə təsir etdi?
- Hər iki komanda eyni şərtlər altında çıxış etdi. Bunu bəhanə etmirəm.
 
- Dünən mətbuat konfransında yaxşı əhval-ruhiyyədə idiniz. Bunu ilk oyundakı nəticəylə bağlamışdız. Bu gün necəsiz?
- Əlbəttə, bugün məğlub olduğumuza görə kədərliyəm. Yaxşı komandaya uduzduğumuz üçün sevincliyəm.
 
- Bu nəticəni gözləyirdiz?
- Xeyr gözləmirdim. Qalib gəlmək istəyirdim ancaq belə alındı.
 
Lennartsson mətbuat konfransının sonunda “Qarabağ”a uğurlar arzuladı. O, “Qarabağ”ın qrup mərhəlsində “Mançester Yunayted”lə qarşılaşmasını arzuladığını dedi.


oxunma sayı: 972 | Paylaş:




?>