')

Bu gün:


FutbolPress.Az | Milaniç: "Qəbələ" sözsüz güclüdür" (MÜSAHİBƏ)

Milaniç: "Qəbələ" sözsüz güclüdür" (MÜSAHİBƏ)


oxunma sayı: 212 Paylaş:

FutbolPress

Avropa Liqasının pley-off mərhələsinin ilk matçında "Qəbələ" "Maribor"a 3:1 hesabı ilə qalib gəlib.
Oyunsonrası mətbuat konfransında Sloveniya təmsilçisinin baş məşqçisi Darko Milaniç məğlubiyyəti şərh edib:
 
"Çətin oyun oldu. Vəziyyətə görə uğursuz nəticəli oyun oldu. Hesab 0:1 olanda da, 3:1-də də şanslarımız var idi. Növbəti matçda adaptasiya olub, ümidlərimizi itirməməliyik"
 
Daha sonra sloveniya mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
 
- "Maribor"un qolu təsadüf qeydə alındı. Bakıda əsas məqsəd müdafiədən oyun qurmaq idi?
- Bura müdafiə üçün gəlməmişdik. İlk hissədə oyundan öncə razılaşdığımız şeyləri etməli idik. Rəqib geri çəkildi və topa nəzarət bizdə idi. "Qəbələ" əks hücumlarda çox təhlükəlidir. Biz bura müdafiə olunmağa gəlməmişdik.
 
- Bugün oyunun nəticəsinə təsir edən gözlənizməz  məqam nə idi?
- Xüsusi bir şey yox idi. Buraxılan qollar cərimə meydançasından toplardan gəldi. İkinci qolda 
Üçüncü qolda qapıçıya qarşı açıq-aşkar cərimə var idi. Həmin epizodlarda topu uzaqlaşdıra bilmədik və bəxtsizlik öz sözünü dedi.
 
- Çətin şərtlər altda oynadığınızı dediniz. Həmin çətinliklər nə idi?
- Çempionatda gərgin mübarizə gedir. Bu da bizə çətinlik yaradır.
 
- Bugün "Qəbələ"nin açıq-aşkar üstün olduğunu demək olarmı?
- Dünən dediyim kimi rəqib çox güclüdür. Bu fikrimin üstündə qalıram. Buna baxmayaraq qarşıda növbəti 90 dəqiqə var. Bizi növbəti mərhələ üçün şanslarımız qalır. "Qəbələ" sözsüz güclüdür, amma bəzi epizodlarda bəxtsizlik bizim tərəfdə oldu.
 
- "Maribor"un bəxti güclüdür, yoxsa Bezatosnı?
- Bugünkü matç hər iki istiqamətdə dəyişə bilərdi. Yaratdığımız epizodlardan yararlansaq, meydandan gülərüz ayrıla bilərdik.
 
- Oyundan əvvəl demişdiniz ki, Qriqorçukun fikirləri mənimçün maraqlı deyil. Cavab matçından öncəki konfransda onun fikirləri ilə maraqlanacaqsınız?
- Hərənin öz fikri var. Mənə öz dediklərim daha maraqlıdır.


oxunma sayı: 212 | Paylaş:




?>