')

Bu gün:


FutbolPress.Az | "İnter"in futbolçusundan rekord göstərici

"İnter"in futbolçusundan rekord göstərici


oxunma sayı: 182 Paylaş:

FutbolPress

Samir Zərgərov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib. 
 
Yarımmüdafiəçinin yubiley matçı Topaz Premyer Liqasının II turunda baş tutub. 
 
Bu yay “Qəbələ”dən “İnter”ə keçən futbolçu 81-ci dəqiqədə meydana çıxmaqla, yubileyini sabiq komandası ilə qarşılaşmada qeyd edib. 
 
Yüksək liqada 2004/05 mövsümündə “Ədliyyə”nin heyətində debüt edən Samir 12-ci mövsümündə 250-yə çatıb. O, ölkə çempionatları tarixinə 250 və daha çox oyun keçirən 49-cu futbolçu kimi tarixə düşüb. Zərgərov bu görüşlərdə 32 qol sevinci yaşayıb.
 
Yarımmüdafiəçi 250 oyunu 6 klubda keçirib. “Qəbələ”də 95, “Ədliyyə”də 30, “Simurq”da 28, “Kəpəz”də 25, “Standard”da 23 matça çıxan Zərgərov “İnter”də 49 qarşılaşmanın iştirakçısı olub. Bu da o deməkdir ki, növbəti tur da onun üçün yubileylə əlamətdar olacaq. O, paytaxt klubunda 50-ci çempionat görüşünə çıxacaq. Samir bu dəfə də sabiq komandalarından biri – “Kəpəz”lə görüşəcək.


oxunma sayı: 182 | Paylaş:




?>