Andrea Pirlo Pol Poqbanın "Mançester Yunayted"ə transfer olunmağından danışıb.
"Telegraph"a açıqlama verən italiyalı futbolçu fransalı yarımmüdafiəçinin "Yuventus"dakı ilk məşqi zamanı yaşanan hadisədən bəhs edib:
"Bizim komandada "Mançester Yunayted" rəhbərliyinə gülürdü. Onlar inana bilmirdilər ki, Poqba kimi futbolçunu 800000 avroya satıblar. Hamı onun istedadına heyran qalmışdı".