')

Bu gün:


FutbolPress.Az | "Qəbələ" azarkeşlər və futbolçularla görüşdü

"Qəbələ" azarkeşlər və futbolçularla görüşdü


oxunma sayı: 166 Paylaş:

FutbolPress

Bu gün “Qəbələ” klubunun bəzi futbolçuları və baş məşqçi Roman Qriqorçuk azarkeşlərlə və media nümayəndələri ilə görüşüb. 
 
“Gənclik Mall” ticarət mərkəzində yerləşən “Go Sport” mağazasında baş tutan görüşdə futbolçulardan Rəşad Sadiqov, Teo Uiks və Baqali Dabo iştirak edib.
 
Futbolçular və məşqçini mağazada geniş azarkeş kütləsi qarşılayıb. Onlar mağazanı gəzib, məhsullarla tanış olmasından sonra azarkeşlərlə şəkil çəkdiriblər.
 
Görüş zamanı mağazada təşkil olunan "Gabala Korner"in (klubumuzun rəsmi forma və aksessualarının satış nöqtəsi) təqdimetmə mərasimi keçirilib. Ardınca isə azarkeşlər və futbolçular arasında maraqlı müsabiqələr – “Play Station” turniri və masaüstü futbol yarışı baş tutub ki, onların da qalibləri mükafatlandırılıb.
 
Jurnalistlər və azarkeşlər maraqlı “Qəbələ” – “Qarabağ” duelinin də şahidi olublar. Belə ki, “Playstation” oyununda azyaşlı azarkeşlərdən biri Ağdam klubunu, Uiks isə “qırmızı-qaralar”ı seçib. Bu maraqlı duel tədbir iştirakçılarının da diqqətini özünə çəkib. Ardınca isə Dabo azarkeşlərdən biri ilə eyni komandaların duelinə çıxıb.
 
Tədbirdə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk media nümayəndələrinin suallarını da cavablandırıb.


oxunma sayı: 166 | Paylaş:




?>