')

Bu gün:


FutbolPress.Az | "Kəpəz"də yeni futbolçu

"Kəpəz"də yeni futbolçu


oxunma sayı: 108 Paylaş:

FutbolPress

Azərbaycan Premyer Liqasının II turunda AZAL-la keçiriləcək oyun üçün “Kəpəz”in heyətinə əvəzedici komandadan bir futbolçu cəlb olunacaq.
 
Klubun rəsmi saytının məlumatına görə, 19 yaşlı Emin Zamanov əsas komandaya dəvət olunub. Yarımmüdafiəçi mövsümün əvvəlində “Qəbələ”dən icarəyə götürülüb və ötən tur məhz əyalət təmsilçisi ilə oyunda yeni komandasında debüt edib.  
 
Zamanovla yanaşı, Elcan Rəhimov da ilk “18-lik”də yer alacaq. Yeni çempionat üçün əsas komandaya sifariş olunan Rəhimov ötən mövsümdən baş məşqçi Şahin Diniyevin etimadını qazanıb. 


oxunma sayı: 108 | Paylaş:




?>