')

Bu gün:


FutbolPress.Az | "Neftçi"ni etirazçı dəstə qarşıladı (VİDEO)

"Neftçi"ni etirazçı dəstə qarşıladı (VİDEO)


oxunma sayı: 4548 Paylaş:

FutbolPressAvropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə məğlub olan (0:1/ ilk oyun 0:0) "Neftçi" az əvvəl vətənə qayıtdı.

"Ağ-qaralar"ın mübarizəni dayandırmasını azarkeşlər həzm edə bilməyib. Onlar baş məşqçi Vəli Qasımova və komandaya etiraz etmək üçün Heydər Əliyev adına hava limanına gəlmişdilər.

50-ə yaxın, əsasən "Forza Neftçi"dən təşkil olunmuş dəstə öz etirazlarını emosional şəkildə bildirdilər

Baş məşqçi Vəli Qasımovla tərəfdarlar arasında mübahisə əvvəlcə sakit tərzdə davam etsə də, sonradan qızışdı və sərt xarakter almağa başladı.

Hadisələrin gedişatını videodan izləyə bilərsiniz...


oxunma sayı: 4548 | Paylaş:




?>