')

Bu gün:


FutbolPress.Az | Tural Əsədov: "Səbail"in ev oyunlarında stadionun dolması üçün çalışacağıq"

Tural Əsədov: "Səbail"in ev oyunlarında stadionun dolması üçün çalışacağıq"


oxunma sayı: 1736 Paylaş:

FutbolPressYeni yaradılan "Səbail"in idarə heyətinin üzvlərinin biri də tanınmış teleaparıcı Tural Əsədovdur.

Klubun bugünkü təqdimat mərasimində o da çıxış edib.

T. Əsədov komandanın təbliğatı ilə bağlı işlər görəcəyini bildirib:

"Müşahidə Şurasın üzvlərinə təşəkkürümü bildirirəm ki, məni komandaya dəvət ediblər. Bu etimadı doğrultmağa çalışacam. Mənim futbola böyük marağım var və özümü bu sahəyə yaxın hesab edirəm. Mən və Ayaz müəllimin üzərinə düşən əsas iş bu klubun piarını, təbliğatını qurmaq olacaq. Müxtəlif sosial layihələr həyata keçirəcəyik.  "Səbail"in ev oyunlarında stadionun dolması üçün çalışacağıq. Təbii ki, gecə-gündüz olmasa da, gündüzlər yığılıb bu barədə müzakirələr aparacağıq".


oxunma sayı: 1736 | Paylaş:




?>