')

Bu gün:


FutbolPress.Az | "Qarabağ"ın "Şkenderbeu" ilə oyundan öncə son məşqi

"Qarabağ"ın "Şkenderbeu" ilə oyundan öncə son məşqi


oxunma sayı: 129 Paylaş:

FutbolPress

"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir. 
 
Komanda hazırlığın on dördüncü günündə iki məşqlə kifayətlənib. Günün ilk məşqi fitnes zalında baş tutub.
 
İkinci hazırlıq isə yerli vaxtla saat 18:30-da (Bakı vaxtı ilə 20:30) meydançada keçib. 
 
Çalışmalar bir saat yarım davam edib. Zədəli futbolçu Namiq Ələsgərov isə fiziyoterapevt nəzarəti altında hazırlığını davam etdirib. Bu, komandanın sabah baş tutacaq "Şkenderbeu" ilə yoxlama oyunundan öncə son məşqi idi.  
 
Ağdam təmsilçisi bugün Bakı vaxtı ilə saat 20:00-da son Albaniya çempionu ilə qarşılaşacaq.
 
Qurban Qurbanovun yetirmələri ilk yoxlama görüşündə Avstriyanın "Vakker İnsbruk"a 0:1 hesabı ilə məğlub olub, ikinci hazırlıq matçında isə Rusiyanın "Zenit" klubuna eyni hesabla qalib gəlib.


oxunma sayı: 129 | Paylaş:




?>