')

Bu gün:


FutbolPress.Az | "Qəbələ"də fransalı hücumçu (RƏSMİ)

"Qəbələ"də fransalı hücumçu (RƏSMİ)


oxunma sayı: 308 Paylaş:

FutbolPress

2016-2017-ci illər mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb. 
 
“Qırmızı-qaralar” hücum xəttini fransalı Baqali Dabo ilə gücləndirib.
 
 28 yaşlı Seneqal əsilli ön xətt oyunçusu ilə 2 illik müqavilə imzalanıb. Futbolçunun adı “Qəbələ”nin UEFA Avropa Liqasında iştirak ərizəsinə əlavə edilib.
 
“Loryan” klubunun yetirməsi olan Dabo karyerası ərzində “İvri” (2008-2011), “Kretey” (2011-2013, 2014-2016) və “İstr” (2013-2014) klublarının şərəfini qoruyub. Son 2 mövsümdə Fransa çempionatının 2-ci liqasında çıxış edən hücumçu “Kretey”də keçirdiyi 57 qarşılaşmada 6 qol vurub. Ümumiyyətlə isə Baqali bu liqada 87 matç keçirib, 11 dəfə rəqib qapılarına yol tapıb.


oxunma sayı: 308 | Paylaş:




?>