')

Bu gün:


FutbolPress.Az | “Kəpəz” “Xəzər Lənkəran”çün darıxdırdı... (QEYD)

“Kəpəz” “Xəzər Lənkəran”çün darıxdırdı... (QEYD)


oxunma sayı: 2276 Paylaş:

FutbolPressAvropa Liqası

I təsnifat mərhələsi

"Kəpəz” – “Daçiya” 0:0 (İlk oyun)

Azarkeş sayı: 500 (?!).

“Xəzər Lənkəran”ı  xatırladıq dərhal. Hələ ən pis vaxtında ev oyununa azı 600-700 azarkeş gələrdi. Özü də bilet alıb, gələrdi...

Ancaq ölkə çempionatında azarkeş rekordçusu “Kəpəz” cəmi 500 azarkeş toplaya bildi Avropa matçına.

Halbuki, azarkeş izdihamının yaşanması üçün kifayət qədər səbəblər vardı: rəqib klubun rəsmi saytı matçın keçirildiyi yeri - Mərdəkanı erməni əsilli yer adlandırmışdı (Sonradan üzrxahlıq yerləşdirilib), baş məşqçi, klub rəhbərliyi kifayət qədər iddialı açıqlamalar vermişdi, “Kəpəz” I Diviziondan birbaşa Premyer Liqaya vəsiqə almaqla ilk ilindəcə Avropa Liqasında oynamaq qismət olmuşdu və s.

Bu qədər detal rekordçu azarkeşi dəbərtmədi.

“FutbolPress”in “facebook” səhifəsində Gəncə azarkeşlərinin passiv olduğunu yazdıq, aqressiv reaksiya aldıq. Niyə aqressivsiniz?

Rekordçuların Avropa matçında komandasına dəstəyi cəmi 500 nəfərdən ibarət oldu?!

İddia olunur ki, oyun Gəncədə olsaydı, bundan yüzqat çox olardı və s. Ancaq bu, azarkeşçün bəraət ola bilməz.

Elə həmin Gəncədə PL-in  (2005-ci il) çempionluğu “qızıl oyun”da müəyyənləşirdi, lənkəranlı azarkeşlər 22 mindən çox tutumu olan stadionu yarısınadək mənimsəmişdi. Komandanın Avropa oyunlarında ən az azarkeş sayı 6 min olub, onda da klubda böhranlar uzun müddət idi ki, sadiq azarkeşləri təngə gətirmişdi; küsdürmüşdü hələ... Siz - gəncəli azarkeşlər, komandanızın uzun müddətdən sonra elitaya qayıdıb, ilk ilindəcə Avropa matçı oynamaq şansı qazanmasına belə sönük reaksiya verməməliydiniz. XL-i də ona görə misal çəkirik ki, heyf, rəqabət mühiti artıq yox kimidir. Çünki o klub süquta uğrayıb, xoş formalı intriqa, bəhsəbəhs yoxdur...

“Dalğa Arena”da bugünkü mənzərə çox üzücü idi. Gözlənilməz və arzulanmaz idi. İlk hissənin sonlarına yaxın say bir az artdı, ancaq 700-ü keçməzdi. Bu, Gəncə azarkeşi adına yaraşmayan məqam kimi tarixə düşdü.

Ümumiyyətlə, “Kəpəz”in oyununda “Xəzər Lənkəran”çün darıxanlar çox oldu yəqin ki... Futbolu futbol eləyən azarkeşdir. O da belədirsə...

Növbəti oyunlarda öz izdihamınızı təsdiqlədin, Gəncə azarkeşləri... Mənəzərnin bu cür - üzücü olmasına azarkeş amilindən başqa, klub rəhbərliyinin də təqsiri az deyil. Təbliğat, təşviqat işləri heç görülməmişdi və biz bu haqda ötən həftə məqalə hazırlamışdıq. Çi fayda...


Elçin Cəlilov



oxunma sayı: 2276 | Paylaş:




?>