')

Bu gün:


FutbolPress.Az | Portuqaliya yığmasının üzvü "Zirə"də (FOTO)

Portuqaliya yığmasının üzvü "Zirə"də (FOTO)


oxunma sayı: 1916 Paylaş:

FutbolPress

Premyer Liqada 2-ci mövsümünə hazırlaşan “Zirə” məşqlərlə yanaşı, transfer çalışmalarını da davam etdirir.
 
Klubun təsmi saytının məlumatına görə, komanda daha bir futbolçu ilə güclənib. 
 
Portuqaliyalı Migel Lorenzo ilə müqavilə imzalanıb. 
 
Futbolçu Setubalın “Vitoriya” klubundan bir illik icarə əsasında “qartallar”ın sırasına qoşulub. Bununla yanaşı, “Zirə” növbəti mövsümün sonunda Migeli transfer etmək hüququnu özündə saxlayır.

“Vitoriya”nın yetirməsi olan 24 yaşlı müdafiəçi Portuqaliyanın bütün aşağı yaş qruplarından ibarət yığma komandalarında çıxış edib. Migel həmçinin, ölkəsinin U-21 yığmasının da formasını geyinib.


oxunma sayı: 1916 | Paylaş:




?>