')

Bu gün:


FutbolPress.Az | Amil Yunanov: "Bu xəbəri ilk sizdən eşidirəm" 

Amil Yunanov: "Bu xəbəri ilk sizdən eşidirəm" 


oxunma sayı: 269 Paylaş:

FutbolPress"Sumqayıt"ın hücumçusu Amil Yunanov Serbiyanın "Çikaruçki" klubunun onunla maraqlanması haqda danışıb.

"FutbolPress"ə açıqlama verən 23 yaşlı futbolçu bu haqda məlumatının olmadığını bildirib:

"Bu xəbəri ilk sizdən eşidirəm. Ola bilər ki, belə bir şey var, amma mən indi bilirəm. Dünən komanda ilə ilk məşqə çıxdıq. Orada da heç kim mənə bu haqda məlumat vermədi. "Sumqayıt"la 2 illik yeni müqavilə imzalamışam. Düşünmürəm ki, artıq hansısa kluba transfer olunum. Belə bir halın olacağı təqdirdə isə klub rəhbərliyinin verdiyi qərara hörmət edəcəm. Get desələr, gedəcəm, qal desələr, qalacam".


oxunma sayı: 269 | Paylaş:




?>