')

Bu gün:


FutbolPress.Az | Avropa mövsümü: "Qəbələ" və "Kəpəz"in passivinə...  (QEYD)

Avropa mövsümü: "Qəbələ" və "Kəpəz"in passivinə... (QEYD)


oxunma sayı: 1103 Paylaş:

FutbolPressİyunun 20-də Azərbaycanı Avropada təmsil edəcək komandaların rəqibləri məlum oldu. Püşk çempion “Qarabağ” üçün”Düdelanj”ı (Lüksemburq), Avropa Liqasında iştirak edəcək “Neftçi” üçün “Baltsan”ı (Malta), “Qəbələ” və “Kəpəz” üçünsə müvafiq olaraq “Samtredia” (Gürcüstan) və “Daçia”nı (Moldova) rəqib elədi.

Çempionlar Liqasının II mərhələsindən mübarizəyə qoşulacaq çempionumuz üçün vaxt hələ var, “Neftçi” də AL-də ilk oyunu səfərdə keçirir, bəs görək startı doğma meydanda olacaq  Gəncə və Qəbələ təmsilçilərinin işi nə yerdədi?

Cəmi üç gün sonra “Kəpəz” başlayacaq. Komandanın AL matçını doğma meydanda keçirə bilməməsi ayrıca problem, “Dalğa Arena”nı doldura biləcəklərmi – budur cavabsız sual. Klub saytı az qalı, gündə üç vədə Şahin Diniyevin açıqlamalarını qoyur sayta, yəni operativlik nüansında çatışmazlıq yoxdur, bəs ideya? Komanda Avropa turnirinə çıxır; azarkeş cəlbi üçün klubun media və ictimaiyyətlə iş şöbsəi hansı fikirlər qoyub ortaya? Yenəmi Şahin Diniyevlə açıqlama olacaq və vəssalam?

***               ***               ***

“Kəpəz”in rəsmi saytı və “facebook” səhifəsi sadəcə afişa paylaşıb. Başqa hansısa çağırış ideyası yoxdur. Əgər klub rəhbərliyi stadionda izdihamın olmasını arzulayırsa, bildirək ki, bu istiqamətdə gözədəyən fərqli iş yoxdur. Həm də şəhərin görkəmli yerlərində afişalar nəzərə çarpır.

“Qəbələ”də də təxminən vəziyyət oxşardır. İlk oyunu doğma meydanda keçirə bilməyən bölgə klubu “Bakcell Arena”nı ötən il doldura bilməməyin təəssüfünü, deyəsən, bu il də yaşayacaq.

Ötənilki kimi, yenə Gürcüstan təmsilçisiylə düşən “qırmızı-qaralar”çün “12-ci oyunçu” amili çox vacibdir. Ancaq vacibliyin əməldə təzahürü görünmür. “Kəpəz” kimi, onlar da hansısa poster, afişa ilə çıxış eləməyiblər. Yalnız klub saytında anons tipli videorolik var. O da şablon, həmişə digərlərinin etdiyi  bir şey kimi. Hər halda, “Qəbələ” azarkeş dəstəyinə çox ehtiyacı olduğunu açıqlayıb və bu istiqamətdə iddialıdı. İddiaya uyğun tədbirlər görünmür.

“Kəpəz” səfər matçını uzaqda keçirəcək, ancaq “Qəbələ”  çox da uzağa getməyəcək. Belədə komanda hətta səfər matçını izləmək istəyən azarkeşlərçün avtobus da təşkil edə bilər. Ən azı, sırf qəbələliləri ordan Gürcüstana aparmaq mümkündür. Bu, həm də komandanın gələcəkdə ev oyunlarına daha çox tərəfdarın gəlməsi istiqamətində cəlbedici addım rolunu oynaya bilər.  OK,  təhlükəsizlik baxımdan çətinə oxşayır, ancaq Gürcüstanda 500 mindən çox azərbaycanlının yaşadığını nəzərə alsaq, klubdan nümayəndələrin qonşu ölkəyə ezamiyyəti təşkil oluna bilər. Orda müxtəlif təbliğat işləriylə çox güclü azarkeş dəstəyinə nail olmaq olar.

P.S. Futbol kütləyçün, tamaşaçı üçün oynanılır. Bu, bir peşəkar iş sayılır və qazanc gətirir. Bunu bacarmaq vacibdir. Ən azı, cəhd olmalıdır. 

Elçin


oxunma sayı: 1103 | Paylaş:




?>