')

Bu gün:


FutbolPress.Az | Yeni transfer het-trik etdi, "Kəpəz" darmadağına sevindi

Yeni transfer het-trik etdi, "Kəpəz" darmadağına sevindi


oxunma sayı: 104 Paylaş:

FutbolPress

UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Daçiya” ilə oyunun hazırlığını Bakıda davam etdirən “Kəpəz” bu gün yoxlama oyunu keçirib. 
 
“Sarı-göylər”in rəqibi aşağı divizion təmsilçisi “Bakı” olub.
 
Oyun Gəncə klubunun böyükhesablı qələbəsi ilə nəticələnib – 6:0. “Kəpəz”dən Şəhriyar Əliyev, Julien Ebah və Şəhriyar Rəhimovun hərəyə bir dəfə fərqləndiyi matçda Tural Qürbətov het-trik edib.  
 
“Kəpəz” istirahət etmədən sabah məşqlərə davam edəcək. 


oxunma sayı: 104 | Paylaş:




?>