"Qarabağ"ın Avstriyada yoxlama oyunu keçirəcəyi növbəti rəqibinin adı məlum olub.
Klubun rəsmi saytının məlumatına görə, komanda Albaniyanın ən titullu komandalarından olan son çempion "Şkenderbeu" ilə qarşılaşacaq.
Bu görüş iyulun 1-də baş tutacaq. Qarşılaşma yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 20:00) start götürəcək.
Qeyd edək ki, Ağdam təmsilçisi ilk yoxlama oyununu sabah yerli "Uacker İnsbrack"a, ikinci yoxlama oyununu isə iyunun 28-i dördqat Rusiya çempionu "Zenit"ə qarşı keçirəcək.