')

Bu gün:


FutbolPress.Az | XL fanatı: "Elə bil adamın əzizi komadadır və öləcəyinə ehtimal çoxdur"

XL fanatı: "Elə bil adamın əzizi komadadır və öləcəyinə ehtimal çoxdur"


oxunma sayı: 1140 Paylaş:

FutbolPress

Bugün "Xəzər Lənkəran" rəsmi saytı vasitəsi ilə bəyanat yayaraq əsas komandanın fəaliyyətini dayandırığını bildirdi.

Bu xəbər futbol azarkeşləri üçün şok effekti yaratdı. Hər matçda stadionlarda, televizor qarşısında komandasını dəstəkləyən azarkeşlərin fikirlərini öyrənməyə çalışdıq.

Bu səbəbdən də 2 tanınmış "Xəzər Lənkəran" azarkeşinə "Komandanın əsas komandasının fəaliyyətini dayandırması xəbərini necə qarşıladın?" sualı ilə müraciət etdik:

 
 
Kərim Kərimov: "Bilirdim dağılacaq, bunun axırı yox idi. Yәni indi yox, komanda bu mövsümü axrıncı yerdә bitirəndə şok keçirtmişәm, indi üzülürәm. Bu bilirsәn nәyә bənzəyir? Elә bil adamın bir әzizi komadadır vә ölәcәyinә ehtimal çoxdur. O ölümü gözlәdiyin üçün bütün stressi ölümdәn әvvәl yaşayırsan".

Elman Tağıyev: "Bütün Azərbaycan futbol ictimaiyyətinin və ən böyük azarkeş olan "Xəzər Lənkəran" azarkeşlərinin nəzərinə çatdırırıq ki, "Xəzər Lənkəran" futbol klubunun əsas və əvəzedici komandalarının fəaliyyətini 
dayandırmasına çox da üzülmək lazım deyil. Əsas məsələ odur ki, klubumuz azad şəkildə öz şərəfi ilə çempionatdan imtina edərək, AFFA-ya tabe olmayacaqlarını, kimlərinsə sözü altında fəaliyyət göstəməyəcəklərini bir daha sübut etdi. 
 
Klubumuzun akademiyası fəaliyyətini davam etdirəcək. Yenə, hər zamankı kimi iyrənc əməllərindən əlini üzməyən bəzi şəxslərin başda oturduğu Azərbaycan futboluna, yeni futbolçular, yeni istedadlar və yetirmələr bəxş edəcəkdir. Buna görə də azarkeşlər olaraq, klubumuzun arxasındayıq və hər zaman bu işdə onlara dəstək olacağıq.
Bundan əlavə, hamınızın diqqətinə çatdırırıq ki, mən və bir neçə azarkeş geri çəkilməmişik, son sözümüzü deməmişik. Əsas komandamızın yenidən fəaliyyətini davam etdirməsi üçün bir neçə planımız vardır. Və artıq bu gündən etibarən, planımızın icrasına başlamışıq. İnşAllah planımız uğurla başa çatmalıdır və biz buna görə əlimizdən gələni edirik. Bu plan həyata keçdiyi təqdirdə, yenidən əvvəlki kimi azad, qüdrətli, şərəfli, yalnız və yalnız hər zamankı kimi öz gücü hesabına ayaqda qalmağı bacaran, kimlərinsə, sırf olaraq AFFA-nın əli altında olmayan, daha əzəmətli "Xəzər Lənkəran" geri dönəcəkdir. Bunun üçün var gücümüzlə mübarizə aparırıq!"

Futbolpress.az


oxunma sayı: 1140 | Paylaş:




?>