Luis Suarez 1-ci, Kintana 207-ci oldu
Paylaş:
Avropa ölkələrində milli çempionatların hamısı yekunlaşıb.
Çempionlar bəlli olduğu kimi fərdi mükafatçılar da bəllidir.
Köhnə qitədə “Qızıl buts”a “Barselona”nın hücumçusu Luis Suares layiq görülüb.
Ötən mövsüm La Liqada 40 qola imza atan uruqvaylı forvard 80 xal toplayaraq, karyerasında ilk dəfə “Qızıl buts”a sahib çıxıb.
“Napoli”nin “qol maşını” Qonsalo İquain 36 qolla ikinci, bu mükafatın dördqat qalibi Kriştiano Ronaldo isə aktivindəki 35 qolla 3-cü yeri tutub.
Premyer Liqanın bombardiri olan Dani Kintana mövsümü 15 qolla tamamlayıb. Çempionata vurulan hər qola 1 xal verildiyindən, ispaniyalı yarımmüdafiəçi bu mövsüm aktivinə 15 xal yaza bilib. 32 matçda forma şansı əldə edən Dani siyahıda 207-ci pillədə qərarlaşıb.
| Paylaş: