"Qarabağ" azarkeşlərindən xəsarət alanlar var (FOTO+VİDEO)
Paylaş:
Azərbaycan kubokunun final matçı "Qarabağ" - "Neftçi" (1:0) oyunundan sonra qalmaqal yaşanıb.
"İmarət" Azad Azarkeş qrupunundan Futbolpress.Az-a verilən məlumata görə, fan-klub üzvləri və başqa azarkeşlər təltifetmə mərasimi zamanı meydana yaxın oturacaqlar tərəfə irəliləmək istəyərkən polislərlə aralarında insident yaşanıb.
Toqquşma zamanı bir çox fanatlar xəsarət alıblar. Onlardan bəziləri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, digərləri isə 1 saylı Şəhər Kliniki xəstəxanasına yerləşdirilib.
Hadisədən sonra "Qarabağ" rəhbərliyi və polis əməkdaşları stadionun video izləmə otağında hadisənin səbəbini araşdırıblar. Nəticədə günahın hüquq-mühafizə qüvvələrində olduğu bəlli olub. Daha sonra klub rəhbərliyi xəsarət alanlara baş çəkib, saxlanılan azarkeşlər sərbəst buraxılıblar.
| Paylaş: