Rauf Əliyev faciədən döndü
Paylaş:
Azərbaycan Premyer Liqasının XXXII turunda reallaşan “İnter” – “Sumqayıt” matçının sonlarında həyəcanlı dəqiqələr yaşanıb. Oyuna əlavə olunmuş dəqiqələrdə epizodların birində qonaqların cərimə meydançasında Cəmil Hacıyevin Rauf Əliyevə toxunuşu ikinci üçün az qala faciə ilə nəticələnəcəkdi.
Oyun epizodunda rəqibinə zərbə endirən Cəmil milli hücumçunu nokdaun vəziyyətinə salıb. Huşunu itirərək yerə yıxılan Əliyevin köməyinə futbolçular və həkimlər qaçıb.
Vəziyyətin ciddiliyini görən həkimlər təcili tibbi yardım maşınını birbaşa oyun sahəsinə dəvət ediblər və “İnter”in hücumçusu oyundan xəstəxanaya aparılıb.
Hadisənin səbəbkarı Hacıyev qırmızı vərəqə ilə cəzalandırılıb, qonaqların qapısına isə penalti təyin edilib. Epizodun davamında isə “bankirlər” hesabı bərabərləşdirblər.
Qeyd edək ki, Raufun xəstəxanaya aparılmasından sonra hər üç dəyişiklikdən istifadə etmiş meydan sahibləri qarşılaşmanın son dəqiqələrini 9 nəfərlə keçiriblər. // apasport.az
| Paylaş: