')

Bu gün:


FutbolPress.Az | “CBC Sport”a təklif (AÇIQLAMA)

“CBC Sport”a təklif (AÇIQLAMA)


oxunma sayı: 502 Paylaş:

FutbolPressDünən AFFA-nın inzibati binasında media ilə Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və “Neftçi” – “Qəbələ” matçındakı yanlış qərarlarına görə kütləvi qınağa məruz qalan Əliyar Ağayevin görüşü oldu – “açıq qapı” keçirildi.

Komitə sədri görüşdə bir məqama toxundu: “CBC Sport”da çox gözəl şərhçilər var. Ədalətli davranırlar, peşəkar münasibət bildirirlər. Ancaq bəzən bilmədən hakimliklə bağlı mülahizələr yürüdürlər".

Belədə bir məsələ aktuallığını büruzə verdi: bəlkə kanal ölkə çempionatlarının oyunlarını həm də bir mütəxəssislə şərh etsin?

Bu təkliflə “FutbolPress” komitəyə müraciət elədi. Sədr təklifi müsbət cavabladı və kanalla bu istiqamətdə əməkdaşlığa məmnun olacaqlarını bildirdi: “Çox yaxşı təklifdir. Biz komitə olaraq, ilkin mərhələdə Bakıdakı bütün oyunların şərhində mütəxəssis köməyi üçün dəstək verməyə hazırıq. Bu da həm şərhçilərin, həmçinin tamaşaçıların yerindəcə maariflənməsinə səbəb olar, həm də mübahisəli epizodlara yanlış münasibət aradan qalxmış olar”.

-  Bəs bu, hansı şəkildə ola bilər;  hakim öz həmkarını efirdən səhv çıxarmamağa çalışacaq...

- Mən təklif edirəm ki, hakim yox, hakim-inspektor olsun. Onsuz oyunda hakimin idarəçiliyinə inspektorlar qiymət verir. Onların hansısa güzəştə getməyəcəyi məlumdur.

Hər halda, bu, komitənin münasibətidir. Nə dərəcədə dəyərləndirilər – qərara kanalın münasibətindən asıldır.


oxunma sayı: 502 | Paylaş:




?>