')

Bu gün:


FutbolPress.Az | Həmyerlilərimizin Almaniyadakı uğuru

Həmyerlilərimizin Almaniyadakı uğuru


oxunma sayı: 951 Paylaş:

FutbolPressAlmaniyanın Hagen şəhərində boks və kikboksinq gecəsi keçirilib.
 
Yarışda Almaniyada yaşayan azərbaycanlı idmançılar - kikboksinq üzrə Dünya və Avropa çempionu Bəxtiyar İsgəndərzadə və boksun WBA versiyası üzrə ilk azərbaycanlı Avropa çempionu Ağalı Alışov iştirak ediblər.
 
Alman idmançı Said Maraş ilə qarşılaşan Ağalı Alışov qələbə qazanıb və peşəkarlararası Almaniya çempionu adına layiq görülüb.
 
Bəxtiyar İsgəndərzadə isə kikboksinqin WFMC versiyası üzrə Avropa kəməri uğrunda döyüşdə çeçen idmançı Nəriman Seyidbekova tam üstünlüklə qalib gələrək kəmərə sahib olub. Döyüş 65 kq çəki dərəcəsində keçirilib.





oxunma sayı: 951 | Paylaş:




?>