')

Bu gün:


FutbolPress.Az | "Qəbələ" kapitansız başladı

"Qəbələ" kapitansız başladı


oxunma sayı: 99 Paylaş:

FutbolPress"Qəbələ" Azərbaycan Premyer Liqasının XXVIII turunun "İnter"lə ev oyununun hazırlığına start verib.
 
Ötən turun AZAL-la səfər matçından sonra bir günlük istirahətə buraxılan "qırmızı-qaralar" dünən Qəbələ şəhər stadionunda bir araya gəlib.
 
Günün ikinci yarısına təsadüf edən məşq prosesi iki hissədən ibarət olub. Əvvəl fiziki hazırlıq keçən komanda sonra toplu çalışmalarla məşq edib. Hazırlığa zədəli Dodo istisna olmaqla bütün futbolçular qatılıb.
 
Roman Qriqorçukun yetirmələri bu gün oyunöncəsi məşqini gerçəkləşdirəcək. Hazırlıq prosesi saat 17:30-da başlayacaq.


oxunma sayı: 99 | Paylaş:




?>