')

Bu gün:


FutbolPress.Az | AFFA intizam cəzaları

AFFA intizam cəzaları


oxunma sayı: 281 Paylaş:

FutbolPressAFFA İntizam Komitəsinin ənənəvi iclası keçirilib. İclasda birinci divizionun 19-cu turunda yol verilən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edilib.

I divizionun XIX turunun “Turan Tovuz” – “Mil-Muğan”  matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

Oyunun 76-cı dəqiqəsində “Turan Tovuz” klubunun  futbolçusu Natiq Səhrətov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

I divizionun XIX turunun “Şahdağ” – “Bakı” matçının 86-cı dəqiqəsində “Bakı” klubunun futbolçusu Qeyrət Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

I divizionun XIX turunun “Şəmkir” – “Göyəzən” matçının 86-cı dəqiqəsində “Göyəzən” klubunun  futbolçusu Orxan Əsgərov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 400 manat cərimə olunub.

I divizionun XIX turunun MOİK – “Neftçala” matçının 82-ci dəqiqəsində MOİK klubunun futbolçusu Royal Nəcəfov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün  futbolçu  4 oyun cəzalanıb, klub 400 manat cərimə olunub.

Futbolçuya verilmiş cəzanın iki oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.


oxunma sayı: 281 | Paylaş:




?>