')

Bu gün:


FutbolPress.Az | APL: XXVII turda qarşılaşacaq rəqiblərin statistikası

APL: XXVII turda qarşılaşacaq rəqiblərin statistikası


oxunma sayı: 136 Paylaş:

FutbolPressBu həftə Azərbaycan Premyer Liqasında III dövrəyə yekun vurulacaq. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra keçiriləcək XXVII turun qarşılaşmaları eyni gündə keçiriləcək.
 
Martın 30-da baş tutacaq turun mərkəzi oyununda mükafatlar uğrunda mübarizə aparan “Kəpəz”lə “Zirə” üz-üzə gələcək. Bu tur qarşılaşacaq cütlərin Premyer Liqadakı oyunlarının balansını təqdim edir.
 
 
Azərbaycan Premyer Liqası   XXVII tur
30 mart (çərşənbə)

 
“Qarabağ” – “Rəvan” – 10 oyun, +6=4-0, top fərqi 17-6
 
“Qarabağ” son 4 oyunda qələbə qazanıb. “Rəvan” əvvəlki 10 qarşılaşmada qalib gələ bilməyib. Paytaxt təmsilçisi 5 səfər oyununda cəmi 1 qol vurub.
 

“Sumqayıt” – “Xəzər Lənkəran” – 16 oyun, +4=5-7, top fərqi 19-25
 
“Sumqayıt” son 3 oyunda uduzmayıb. “Gənclik şəhəri” təmsilçisi ardıcıl 7 matçda meydanı qolsuz tərk etməyib. Son 5 qarşılaşmada ən azı 2 qol vurulub.
 

“İnter”  – “Neftçi” – 45 oyun, +12=14-19, top fərqi 46-62
 
“Neftçi” 9 oyundur paytaxt derbisində qalib gələ bilmir. “İnter” son 5 ev oyununda xal itirməyib.
 

“Kəpəz”  – “Zirə” – 2 oyun, +0=2-0, top fərqi 3-3
 
Tərəflər arasında hər iki oyunda heç-heçə qeydə alınıb. Komandalardan heç biri bu oyunlarda qapısını toxunulmaz saxlaya bilməyib.
 

AZAL – “Qəbələ” - 24 oyun, +9=8-7, top fərqi 32-25
 
AZAL son 3 oyunda qələbə qazanmayıb və qol vurmayıb. “Qəbələ” son 5 səfər matçında uduzmayıb.
 


oxunma sayı: 136 | Paylaş:




?>