')

Bu gün:


FutbolPress.Az | Kərim Diniyev : "Qələbədə az da olsa, pay sahibi oldum"

Kərim Diniyev: "Qələbədə az da olsa, pay sahibi oldum"


oxunma sayı: 142 Paylaş:

FutbolPress"Oyundan əvvəl motivasiyamız yüksək idi. Matça ciddi yanaşırdıq. Çünki "Rəvan"ın yaxşı komanda olduğunu bilirdik".
 
Bu sözləri "Kəpəz"in futbolçusu Kərim Diniyev klubun saytına Premyer Liqanın 24-cü turunda "Rəvan" üzərində qazanılan (1:3) qələbədən danışarkən deyib:
 
"Rəqib son oyunlarda yaxşı təsir bağışlayır. Kubokda "İnter"i məğlub etmişdilər. Sonunculara isə biz cari mövsümdə qalib gələ bilməmişik. Ona görə "Rəvan"ı ciddi rəqib kimi dəyərləndirmişdik. Qısa müddət ərzində iki qol vurmağımız bizim işimizə yaradı, oyunun taleyini öz xeyrimizə həll edə bildik. Hesaba baxmayaraq, asan oyun olmadı. Üç xal qazandığmıza görə şadıq".
 
"Rəvan"la oyunda qazanılan qələbə Diniyev üçün ikiqat sevincli olub. Dayaq yarımmüdafiəçisi Bakı təmsilçisinə qarşı matçda fərqlənməklə həm qələbəyə töhvə verib, həm də Gəncə klubunda qol hesabını açıb:
 
"Bu, Premyer Liqada vurduğum üçüncü qol oldu. Çox istəyirdim ki, "Kəpəz"in heyətində fərqlənim, istəyimə çatdım. Arzum "Rəvan"la görüşdə həyata keçdi. Qələbədə az da olsa, pay sahibi oldum. Ümumiyyətlə, hər oyun başla qol vurmağa çalışıram. Hündürboylu olduğumdan, standart vəziyyətlərdən daha yaxşı istifadə etməyə səy göstərirəm. "Rəvan"a qarşı matçda birinci epizodda topa istədiyim kimi toxuna bilməsəm də, ikinci cəhddə topu qapıya göndərə bildim".
 


oxunma sayı: 142 | Paylaş:




?>