')

Bu gün:


FutbolPress.Az | "Qəbələ"nin qapıçısının 410 dəqiqəlik quru seriyası qırıldı

"Qəbələ"nin qapıçısının 410 dəqiqəlik quru seriyası qırıldı


oxunma sayı: 95 Paylaş:

FutbolPressArdıcıl 4 oyunda qol buraxmayan “Qəbələ”nin quru seriyası qırılıb.

Yanvarın 30-da baş tutan XIX turun “Kəpəz”lə qarşılaşmasından (0:3) sonra qapısında qol görməyən “qırmızı-qaralar” 35 gündən sonra çempionat matçında buna üzülüb.

Roman Qriqorçukun komandası XXIV turun “Neftçi” ilə görüşünün 26-cı dəqiqəsində Anyete  məyus edib. Bunadək “İnter”, “Sumqayıt”, “Rəvan” (hamısı 1:0) və “Xəzər Lənkəran”a (0:0) qarşı oyunlarda qapısını toxunulmaz saxlayan “Qəbələ” 401 dəqiqədən sonra qapısında qol görüb.
 
“Kəpəz”lə matçda Andrey Popoviçin çıxış etdiyini nəzərə alsaq, Dmitri Bezotosnı çempionatın ikinci yarısında ilk dəfə qol buraxıb. Ötən il noyabrın 30-da keçirilən “Rəvan”la XIV turun ev oyununda (1:1) qol buraxan ukraynalı qapıçı eyni uğursuzluğu 96 gündən sonra yaşayıb. Onun quru seriyası 410 dəqiqə davam edib.


oxunma sayı: 95 | Paylaş:




?>