')

Bu gün:


FutbolPress.Az | "Rəvan" - "Kəpəz" matçında antirekord

"Rəvan" - "Kəpəz" matçında antirekord


oxunma sayı: 151 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının 24-cü turunu stadiondan izləyən azarkeş sayı məlum olub.
 
Turda ən çox azarkeş "Xəzər Lənkəran" - AZAL oyununda (0:1) qeydə alınıb. Lənkəran şəhər stadionunda keçirilən matçı 3900 tamaşaçı izləyib.
 
Turun antirekordu isə "Bayıl Arena"da qeydə alınıb. Burada reallaşan "Rəvan" - "Kəpəz" matçına (1:3) cəmi 80 nəfər şahidlik edib ki, bu da, nəinki 24-cü tur, həm də Premyer Liqanın cari mövsümündə qeydə alınmış ən aşağı göstəricidir.
 
Turun mərkəzi oyunu olan "Qarabağ" - "Zirə" qarşılaşmasını (2:0) 2200 tamaşaçı izləyib. Digər maraq doğuran görüşdə - "Neftçi" - "Qəbələ" oyununda (1:2) 1000 azarkeş qeydə alınıb. "Sumqayıt" - "İnter" matçını (0:1) isə 1400 nəfər izləyib.
 
Ümumilikdə turun 5 oyununu 8580 azarkeş izləyib ki, bu da, hər oyuna orta hesabla 1716 tamaşaçı deməkdir.


oxunma sayı: 151 | Paylaş:




?>