')

Bu gün:


FutbolPress.Az | "Səhvim futbolçulara istirahət verməyimdədi" - Bəhmən Həsənov  

"Səhvim futbolçulara istirahət verməyimdədi" - Bəhmən Həsənov 


oxunma sayı: 149 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının 24-cü turunda evdə "Kəpəz"ə 1:3 hesabıyla məğlub olan "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov oyunla bağlı fikirlərini bildirib:
 
"Qarşıda kubok oyunumuz olduğundan bir neçə futbolçuya istirahət verdim. Əlimizə düşən imkanlardan yararlana bilmədik. Güclü külək işimizə mane oldu. Zədəlilərimiz var idi. Orxan Lalayev hərarəti ola-ola oynayırdı. Hesabın daha da böyüməməsi üçün ikinci hissədə müdafiə futbolu oynadıq. Rəşad Əzizovun yoxluğunda qapıçımız kobud səhvlər etdi. “Kəpəz”i qələbə münasibəti ilə təbrik edirəm.
 
Qarşıdakı oyunlarda yaxşı oynamağa çalışacağıq. Kubokda şansımız var. “İnter” güclü komanda olsa da, onlara qarşı meydanda mübariz “Rəvan” görəcəksiz. Futbolçularıma iradım yoxdu. Onlara təşəkkür edirəm. Bəlkə də səhvim futbolçulara istirahət verməyimdədi. Zədəlilərimizə görə çox əsəbi idim. İnanın, bu oyuna gəlmək istəmirdim. Əsas futbolçular olmayanda elə bil məhəllə futbolu oynayırıq. Artıq əsəbdən saçım da ağarıb. Bu da bizim qismətimizdi.
 
"İnter" brend komandadı. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Nuran Qurbanova ümidim böyükdü. Amma stabil futbol nümayiş etdirmir. İstəyirəm ki, hər oyunda eyni futbolu oynamağı bacarsın. Ona müdafiədə futbolçu keçməyə qadağa qoymuşam. Əgər, rəqibi məğlub etmək istəyirsənsə, onların mövqeyində çalışmalısan? Mən “Arsenal”ın taktikasından çox yararlanmaq istəyirəm. Hər gün orda futbolçunun inkişafı qeydə alınır. İnkişafdan qalanı həmin an satışa çıxardırlar".


oxunma sayı: 149 | Paylaş:




?>