Bu gün:


FutbolPress.Az | Elnur Məmmədovun Elxan Məmmədova qarşı "böyük planı" (KİÇİK QEYD)

Elnur Məmmədovun Elxan Məmmədova qarşı "böyük planı" (KİÇİK QEYD)


oxunma sayı: 388 Paylaş:

FutbolPress"Neftçi"nin baş məşqçisi Vəli Qasımov oldu. Onun baş məşqçi olacağı gözlənilən idi. Ona görə yox ki, klubun strategiyası dəyişir, yaxud Vəli lazımlı məşqçidi; xilaskar kimi hesab edilib bu rəhbərlik tərəfindən və s.
 
Sadəcə, Vəli Qasımovun "yuxarılardan" çox yaxın qohumları var. "Neftçi"yə Elxan Məmmədovun, necə deyərlər,  xeyir-duası ilə getmiş klubun icraçı direktoru Elnur Məmmədov da Qasımova sığınıb. Hətta  bir neçə epizodda baş katibə möhkəm badalaq cəhdi olub.
 
O, Məmmədovun qəyyumluğundan çıxıb, Vəliylə yaxınlaşmaq, bu yolla "Neftçi"nin əsas rəhbəri olmaq arzusundundadır.
 
Bu istiqamətdə qurduğu taktika da, deyəsən, Elxan Məmmədov tərəfindən deşifrə edilib.

Elçin Cəlilov
"FutbolPress"

 
Qarşıda maraqlı hadisələr gözlənir...


oxunma sayı: 388 | Paylaş: