')

Bu gün:


FutbolPress.Az | AZAL, "Qəbələ" və "İnter"dən səfər qələbəsi, "Qarabağ" evdə sevindi  (YENİLƏNİB)

AZAL, "Qəbələ" və "İnter"dən səfər qələbəsi, "Qarabağ" evdə sevindi (YENİLƏNİB)


oxunma sayı: 305 Paylaş:

FutbolPressBu gün Azərbaycan Premyer Liqasında XXIV tur başlayıb.  
 
İlk oyun günündə dörd matç reallaşıb.
 
“Xəzər Lənkəran” evdə AZAL-I qəbul edib. Premyer Liqada 12 oyundur ki qələbə üzünə həsrət qalan cənublular bu görüşdə uğursuz seriyanı qırmaq əzmində idi.  “Ağ-yaşıllar”ın ölkə kubokunda əzəli rəqibi “Neftçi”ni məğlub etməsi və ötən tur “Qəbələ” səfərindən (0:0) xalla qayıtması onlar üçün əlavə motivasiya ola bilməyib. “Təyyarəçilər” minimal hesabla qalib gələrək turnir cədvəlində bir pillə irəliləyiblər.
 
Bu mövsüm uğursuz çıxış edən “Neftçi” doğma divarlar arasında “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirib. Kubok da daxil olmaqla 3 oyundur uduzan “ağ-qaralar”ı bu matçda rəqibinə boyun əyib - 1:2. Görüşdən sonra "flaqman"ın baş məşqçisi Əsgər Abdullayev istefa verib.
 
Liderlər qrupunda qərarlaşan “İnter” səfərdə “Sumqayıt”la qarşılaşıb. Premyer Liqada son 3 qarşılaşmada uduzmayan “bankirlər” cari mövsümdə ilk dəfə “gənclik şəhəri” təmsilçisini məğlub edib - 0:1.
 
Turun mərkəzi görüşündə lider “Qarabağ” ikinci pillədə qərarlaşan “Zirə”ni qəbul edib. Son dörd oyunda uduzmayan Qurban Qurbanovun komandası debütantı evə xalsız yola salıb - 2:0. 

Azərbaycan Premyer Liqası XXIV tur
5 mart (şənbə)

 
14:00. “Xəzər Lənkəran” – AZAL 0:1
Qol:
Aleksandr Quruli, 36 (p.)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mehman Mahmudov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Fazil Mürşüdov
İlk 2 dövrədəki oyunlar: 3:1, 0:1
“Xəzər Lənkəran” mərkəzi stadionu

“Xəzər Lənkəran”: 25. Tərlan Qasımzadə, 6. Asif Mirili, 7. Orxan Səfiyaroğlu, 8. Vüqar Bəybalayev, 10. Tural Qürbətov, 12. İlyas Səfərzadə, 15. Nodar Məmmədov, 16. İbrahim Qədirzadə, 17. Vaquf Güləliyev, 18. Tural Cəlilov (k), 32. Zaman Mirzəzadə
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 4. Ruslan Cəfərov, 9. Bayram Budaqov, 35. Elfad Baləhmədov, 41. Hüseyn Xəlilzadə, 66. Kənan Həsənov, 99. Mahsum Qənbərli
Baş məşqçi: Elbrus Məmmədov
 
AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 24. Emin Cəfərquliyev, 6. Tagim Novruzov, 14. İlqar Ələkbərov, 10. Nuqzar Kvirtiya, 22. Kamal Mirzəyev, 88. Mirzağa Hüseynpur, 27. Aleksandr Quruli
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 42. Elşad Manafov, 11. Ruslan Nəsirli, 19. Məhəmməd Bədəlbəyli, 77. Adan Koronado, 20. İsmayıl İbrahimli, 23. Hacı Əhmədov
Baş məşqçi: Tərlan Əhmədov
 

15:00. “Neftçi” – “Qəbələ” 1:2
Qollar:
Anyete, 26 - Rafael Santos, 51, Rəşad Eyubov, 89
Qırmızı vərəqə: Jairo Rodriges Filyo, 80 ("Neftçi")

Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Akif Əmirəli, Rəhim Həsənov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Rövşən Əhmədov
İlk 2 dövrədəki oyunlar: 0:1, 1:0
8-ci km qəsəbə stadionu

“Neftçi”: 1. Aqil Məmmədov, 3. Jairo Rodriges Filyo, 4. Rahil Məmmədov, 6. Aylton Silva, 7. Araz Abdullayev (k), 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 20. Salas Quinta Antonio, 26. Kamal Qurbanov.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 8. Elşən Abdullayev, 18. Elşən Rzazadə, 5. Xuan Alberto Melli, 61. Təyyar Məmmədov, 95. Elvin Bədəlov, 9. Nikolas Kanales.
Baş məşqçi: Əsgər Abdullayev.
 
“Qəbələ”:
22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 8. Məhəmməd Mirzəbəyov, 9. Sergey Zenyov, 10. Dodo (k), 19. Aleksey Qay, 21. Arif Daşdəmirov, 44. Rafael Santos, 69. Aleksey Antonov, 87. Ruslan Abışov.
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 3. Voislav Stankoviç, 5. Pavel Paşayev, 11. Asif Məmmədov, 20. Rikardinyo, 25. Qismət Alıyev, 32. Rəşad Eyubov.
Baş məşqçi: Roman Qriqorçuk.

 
 17:00. “Sumqayıt” – “İnter” 0:1
Qol:
Nizami Hacıyev, 47
Hakimlər: Rauf Cabbarov, İsgəndər Əliyev, Nahid Əliyev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Füzuli Nəcəfov
İlk 2 dövrədəki oyunlar: 1:1, 3:2
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


“Sumqayıt”: 1. Səlahət Ağayev, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 8. Nicat Muxtarov, 14. Bəxtiyar Həsənalızadə, 18. Aleksandr Çertoqanov, 24. Amit Quluzadə, 29. Amil Yunanov, 55. Ağabala Ramazanov, 70. Vaqif Cavadov, 99. Rasim Ramaldanov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 7. Pərdis Fərcad-Azad, 10. Uğur Pamuk, 13. Murad Ağayev, 39. Emin Mehdiyev, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov
 
“İnter”: 1. Kamran Ağayev, 3. Denis Silva, 6. Laşa Salukvadze, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev (k), 10. Elnur Abdullayev, 14. Zurab Xizanişvili, 20. Yuri Fomenko, 22. İlkin Qırtımov, 23. Sezar Meza Kolli, 30. Abbas Hüseynov
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 2. Sərtan Taşkın, 9. Qara Qarayev, 12. Ruslan Əmircanov, 17. Vüqar Nadirov, 19. Mirhüseyn Seyidov, 45. İlkin Sadıqov
Baş məşqçi: Zaur Svanadze
 
18:00. “Qarabağ” – “Zirə” 2:0
Qol:
Muarem Muarem, 3, Mahir Mədətov, 90+3 
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Məlik Həsənov
İlk 2 dövrədəki oyunlar: 4:1, 0:0
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Madera, 10. Dani, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 97. Mahir Mədətov, 99. Muarem Muarem
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 18. İlqar Qurbanov, 19. Azər Salahlı, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 77. Cavid Tağıyev, 90. Samuel Armenteros
Baş məşqçi: Qurban Qurbanov
 
“Zirə”: 1. Anar Nəzirov, 39. Sadiq Quliyev, 2. Çimezi Mbah, 28. Təmkin Xəlilzadə, 14. Tellur Mütəllimov, 11. Viktor İqbekoyi, 6.Vüqar Mustafayev, 27. Rəşad Abdullayev (k), 10. İqor İvanoviç, 32. Luiz Alberto Diez, 9. Nelson Bonilla
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 90. Vüsal İsgəndərli, 5. Adil Nağıyev, 8. Tərzin Cahangirov, 19. Nurlan Novruzov, 77. Ruslan Poladov, 96. Elgün Nəbiyev
Baş məşqçi: Adil Şükürov


N Klublar O Q H M T-F X
1 Qarabağ 24 15 6 3 38-15 51
2 Zirə 24 12 8 4 27-17 44
3 Qəbələ 24 11 8 5 29-17 41
4 İnter 24 10 8 6 22-16 38
5 Kəpəz 23 8 9 6 25-20 33
6 AZAL 24 9 5 10 14-21 32
7 Neftçi 24 8 7 9 23-26 31
8 Sumqayıt 24 4 10 10 25-33 22
9 Xəzər Lənkəran 24 3 5 16 10-31 14
10 Rəvan 23 2 8 13 14-31 8
 

Riçard Almeyda ("Qarabağ") - 8 qol
Nelson Bonilla ("Zirə") - 8 qol

Ruslan Qurbanov ("Neftçi") -7 qol
Dani ("Qarabağ") - 7 qol

Amil Yunanov ("Sumqayıt") - 6 qol
Aleksey Antonov ("Qəbələ") - 6 qol
Samuel Armenteros ("Qarabağ") -6 qol



Qeyd: FIFA İntizam Komitəsinin müraciəti əsasında 26.01.2016 tarixdə "Rəvan" klubunun aktivindən 6 xal silinib. 

 


oxunma sayı: 305 | Paylaş:




?>