')

Bu gün:


FutbolPress.Az | "Qəbələ"yə Antonovdan şad xəbər

"Qəbələ"yə Antonovdan şad xəbər


oxunma sayı: 149 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XXIV turunda “Neftçi” ilə qarşılaşacaq “Qəbələ” matçın hazırlıqlarına start verib.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Zirə” ilə martın 2-də keçirilən səfər oyunundan (2:1) sonra məşqlərinə ara verməyən “qırmızı-qaralar” bu gün səhər növbəti hazırlığını gerçəkləşdirib. Komandamız Bakı Olimpiya Stadionunda məşq edib. Dünənki matçın iştirakçıları bərpaedici məşqlə kifayətlənib. Meydana çıxmayanlar isə toplu çalışmalara üstünlük verib.

Zədə üzündən bir müddət komandadan ayrı düşən Aleksey Antonov da paytaxtdakı məşq prosesində iştirak edib. Qısa müddət fərdi məşqlə kifayətlənən ukraynalı hücumçu kollektiv çalışmalara qatılıb.

Roman Qriqorçukun komandasl sabah oyunöncəsi məşqə çıxacaq. “Neftçi” ilə görüşün keçiriləcəyi “Bakcell Arena”dakı hazırlıq saat 17:00-da başlayacaq.

Martın 5-də baş tutacaq “Neftçi” – “Qəbələ” oyunu saat 15:00-da start götürəcək.






oxunma sayı: 149 | Paylaş:




?>