')

Bu gün:


FutbolPress.Az | APL: 24-cü turda qarşılaşacaq rəqiblərin statistikası

APL: 24-cü turda qarşılaşacaq rəqiblərin statistikası


oxunma sayı: 93 Paylaş:

FutbolPressBu həftə Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları keçiriləcək. İki gün davam edəcək turun mərkəzi matçında “Qarabağ”la “Zirə” üz-üzə gələcək. “Neftçi” ilə “Qəbələ” arasında reallaşacaq oyunda az maraq kəsb etmir.

Tur ərzində qarşılaşacaq cütlərin Premyer Liqadakı oyunlarının balansını təqdim edirik.
 
Azərbaycan Premyer Liqası XXIV tur
5 mart (şənbə)

 
“Sumqayıt” – “İnter” - 14 oyun, +2=4-8, top fərqi 8-21
“İnter” 5 oyundur qalib gəlmir. Son 3 oyunda hər iki komanda qol vurub.
 
 
“Xəzər Lənkəran” – AZAL - 30 oyun, +15=9-6, top fərqi 39-24
Son 4 qarşılaşmada meydan sahibi olan komanda qalib gəlir. 9 matçdır qonaq komanda qələbə qazana bilmir. “Xəzər Lənkəran” ardıcıl 11 ev oyununda meydanı qolsuz tərk etməyib.
 
“Qarabağ” – “Zirə” - 2 oyun, +1=1-0, top fərqi 4-1
Komandaların əvvəlki 2 oyununda “Qarabağ” uduzmayıb. Ağdamlılar yeganə ev oyununda böyükhesablı qələbə qazanıb.
 
“Neftçi” – “Qəbələ” - 30 oyun, +14=7-9, top fərqi 40-28
Son 8 qarşılaşmada meydan sahibi olan komanda qalib gəlməyib. Ardıcıl 4 görüşdə qonaq komanda 3 xal qazanıb.
 
6 mart (bazar)
 
“Rəvan” – “Kəpəz” - 10 oyun, +3=1-6, top fərqi 15-14
“Rəvan” 3 oyundur qalib gəlmir. “Kəpəz” iki matçdır qol buraxmır. Paytaxt təmsilçisinin ev oyunlarında ən azı 2 qol qeydə alınır.


oxunma sayı: 93 | Paylaş:




?>