')

Bu gün:


FutbolPress.Az | Juninyo "Rəvan"la matçda iştirak edəcək?

Juninyo "Rəvan"la matçda iştirak edəcək?


oxunma sayı: 178 Paylaş:

FutbolPress“Kəpəz”in zədəli futbolçusu Junior Osvaldonun durumuna aydınlıq gəlib.

Zədəli olan və bu səbəbdən sonuncu turda “Sumqayıt”a qarşı matçı buraxmaq məcburiyyətində qalan braziliyalı Maqnit Rezonans Tomoqrafiyasından (MRT) keçib. Yarımmüdafiəçi sağ baldırın arxa əzələsinin dartılmasından əziyyət çəkir.

MRT müayinəsindən sonra klubun tibb personalı tərəfindən müalicəyə başlanılıb. Osvaldo müalicə ilə bağlı komandanın bu günkü məşqini buraxacaq. Sabahdan isə fərdi qaydada məşqlərə başlaya biləcək. 

Juninyonun həftəsonu “Rəvan”la keçiriləcək oyuna kimi hazır olub-olmayacağına isə qarşıdakı günlərdə aydınlıq gələcək.   


oxunma sayı: 178 | Paylaş:




?>