')

Bu gün:


FutbolPress.Az | Futbolçu "facebook"dakı paylaşımına görə 12 oyunluq cəza aldı! (FOTO)

Futbolçu "facebook"dakı paylaşımına görə 12 oyunluq cəza aldı! (FOTO)


oxunma sayı: 574 Paylaş:

FutbolPressTürkiyə Futbol Federasiyasının İntizam Komitəsi  ikinci divizion təmsilçisi "Amedspor"un yarımmüdafiəçisi Deniz Nakini 12 oyunluq diskvalifikasiya edib.

Buna səbəb futbolçunun Türkiyə kubokunda "Bursaspor"a 2:1 hesabıyla qalib gəldib, 1/4 finala yüksəldikləri oyundan sonra "facebook" sosial şəbəkəsindəki paylaşımı olub.

Paylaşım budur:

Bundan başqa, "The Gaurdian" xəbər verir ki,  federasiya futbolçuya 19500 lirə pul, "Amedspor"a isə 1/4 finalda seyircisiz oynamaq cəzası verib.  

Bildirək ki, futbolçu kürdlərlərin olduğu regionda silahlı mübarizəni nəzərdə tutur. İki aya yaxındır ki, davam edən gərginlik nəticəsində bir neçə şəhərdə fövqəladə vəziyyət elan olunub və Naki bu duruma bu cür etiraz edib.

"Amedspor"un vitse-prezidenti Nurullah Edemen bu gün verdiyi açıqlamada TFF-in bu qərarla kluba qarşı qərəzli davrandğını bildirib. Cəzaları haqlı saymadıqlarını və 1/4 final matçına çıxmayacaqlarını bildirib.

Kürd regionunu təmsil eləyən Xalqaların Demokratik Pariyasından millət vəkili Altan Tan isə bu məsələni Türkiyə Böyk Millət Məlisinin gündəliyinə çıxaracaqlarını açıqlayıb. Tan məsələyə belə münasibət bildirib: "Naki "İnsanlar ölməsin, barışdan başqa çarəmiz yoxdur!" deyib və buna görə cəzalanır. Onda meydanlarda "Əsgər salamı, rabia işarəsi" göstərənlərə niyə cəza verilmir? Bunlar da ideoloji nümayiş, təbliğat deyilmi?".

"Amedspor" Türkiyə kubokunun 1/4 finalında "Fənərbağça" ilə qarşılaşmalıdır. Komandanın bu görüşə ıxıb-çıxmayacağı sabah məlum olacaq.


oxunma sayı: 574 | Paylaş:




?>