')

Bu gün:


FutbolPress.Az | Aleksey Qay: "Mübarizə apardıq və qələbə qazandıq" (AÇIQLAMA)

Aleksey Qay: "Mübarizə apardıq və qələbə qazandıq" (AÇIQLAMA)


oxunma sayı: 203 Paylaş:

FutbolPressTopaz Premyer Liqasının XX turunda “Qəbələ” səfərdə “İnter”i 0:1 hesabı ilə məğlub edib.

Qarşılaşmadan sonra qonaqların aparıcı üzvü Aleksey Qay Futbolpress.az-a açıqlama verib.

Ukraynalı yarımmüdafiəçi hava şəraitinin  oyunlarına mane olduğunu deyib:

“Çətin oyun alındı. Bununla belə, yaxşı mübarizə apardıq və qələbə qazandıq. Qələbə bizə asan başa gəlmədi. Hava şəraiti əlverişsiz idi və bu məqam istədiyimiz oyunu sərgiləməyimizə mane oldu. Yaxşı qol vəziyyətlərimiz oldu”.

Qay həmçinin qələbərin ardını gətirmək istədiklərini bildirib:

“Gələcəkdə necə çıxış edəcəyimizi deyə bilmərəm. İndi bu qələbənin dadını çıxarmalıyıq. Sabahdan isə növbəti oyun barədə düşünəcəyik. Çalışacağıq ki, bu qələbənin ardını gətirək”.


oxunma sayı: 203 | Paylaş:




?>