')

Bu gün:


FutbolPress.Az | Zaur Svanadze : "Son nöqtəni qoya biləcək hücumçumuz yoxdur"

Zaur Svanadze: "Son nöqtəni qoya biləcək hücumçumuz yoxdur"


oxunma sayı: 110 Paylaş:

FutbolPress"İnter" doğma medydanda "Qəbələ"yə uduzdu - 0:1. Oyunsonrası mətbuat konfransında baş məşqçi Zaur Svanadze məğlubiyyətə və başqa detallara belə aydınlıq gətirdi: "Qış fasiləsindən sonra ardıcıl iki oyunda məğlub olduq. Çalışacağıq ki, vəziyyəti düzəldək. Nəticələrin pis olmasında başqa hansısa amilin rolu yoxdur, problemi özümüzdə axtaracağıq.

Maaşla bağlı problem yoxdur, rəhbərlik problemlərin həlli üçün hər şey edir. 

Əlimizə qol imkanları düşsə də bundan yararlana bilmədik. Ümumiyyətlə, komandada hücumçu problemi var. Son nöqtəni qoya biləcək hücumçumuz yoxdur, bu da qarşıda bizə çətinliklər yarada bilər".

Gürcüstanlı mütəxəssis düşünür ki, kluba verilə biləcək xal cəzası və yaxud avroliqalardan mərhumetmə  barədə ehtimallar da komandaya təsirsiz ötüşmür: "Bəli, bu məsələnin də hansısa təsiri ola bilər. Ancaq problemlərin həll olunmasına çalışacağıq"

"FutbolPress"


oxunma sayı: 110 | Paylaş:




?>