')

Bu gün:


FutbolPress.Az | Neymar getmək, Suares qalmaq istəyir

Neymar getmək, Suares qalmaq istəyir


oxunma sayı: 456 Paylaş:

FutbolPress"Barselona" dünən İspaniya kubokunun yarımfinal mərhələsinin ilk qarşılaşmasında "Valensiya"nı qəbul edib. 7:0 qalib gəldikləri qarşılaşmada katalanların uruqvaylı forvardı Luis Suares poker edib. 

Suares bu gün ESPN-a verdiyi açıqlamada bildirib ki, "Barselona"da çox xoşbəxtdir: "Hələ başqa heç bir təklifə baxmaq niyyətində deyiləm. Nəvaxtsa İngiltərəyə qayıtmaq? Əgər bu baş verərsə, yalnız "Liverpul"da oynayaram. Ancaq hazırkı durumumdan çox məmnunam və çalışıram ki, bacardığımı ən yüksək səviyyədə həyata keçirim".

Suaresin komanda yoldaşı, dünyanın ən məşhur triosunun digər üzvü - Neymar isə, deyəsən,  "Barselona"da uzunmüddətli perspektiv düşünmür. Bunu atasının açqıqlamasından hiss eləmək olur. "Sambaçı"nın atası bildirib ki, Neymar karyerasını Kataloniya klbuunda başa vurmalı deyil, gələn sərfəli təkliflərə baxılacaq. 

Onun "Barselona"ya transferində müqavilə şərtlərinə əsasən, əldə etmək istəyən başqa  klub katalanlara 190 milyon avro ödəməlidir. Atası Neymar da Silva bildirib ki, bu məbləğdə təkliflər olub. 

Bildirək ki, bunadək Madrid "Real"ı, "Mançester Yunayted" və PSJ-nin Neymarla maraqlandığı haqda xəbərlər çıxıb.


oxunma sayı: 456 | Paylaş:




?>