')

Bu gün:


FutbolPress.Az | "Qəbələ"nin düşərgəsində yeni ad

"Qəbələ"nin düşərgəsində yeni ad


oxunma sayı: 195 Paylaş:

FutbolPressAntalya toplanışından yanvarın 27-də qayıtmalı olan "Qəbələ" planlarında dəyişiklik edib. Heyət bu gün qayıdıb.

Ukrayna "Dnepr"i ilə son yoxlama oyunundan sonra komanda  Antalyadan İstanbula, oradan isə Gəncəyə uçub. Komanda üzvləri yanvarın 30-da "Kəpəz"lə keçirəcəkləri Azərbaycan Premyer Liqasının XIX turunun hazırlıqlarını Qəbələdə davam etdirəcəklər.

Baxışda olan Pavel Paşayev barədə isə hələ qərar verilməyib.

Bu arada, "qırmızı qaralar"ın düşərgəsinə  yeni futbolçu qoşulub. Bu, braziliyalı Emersondu. 25 yaşlı futbolçu dünən “Dnepr”ə qarşı yoxlama oyununda meydana çıxmayıb. 

Qeyd edək ki, "Qəbələ" Antalya toplanışında 3 oyun keçirib. Almaniya "Osnabrük"ü ilə 1:1 hesablı heç-heçə edən "qırmızı-qaralar" İsveçrə "Sürix"ini darmadağın edib - 4:0. Son qarşılaşmada isə "Dnepr" sevinib - 1:0. "Qırmızı-qaralar"ın da qayıdışından sonra Antalyada Azərbaycan komandası qalmayıb.


oxunma sayı: 195 | Paylaş:




?>