')

Bu gün:


FutbolPress.Az | Yeni transfer fərqləndi, "Kəpəz" "Neftçi"yə məğlub oldu

Yeni transfer fərqləndi, "Kəpəz" "Neftçi"yə məğlub oldu


oxunma sayı: 323 Paylaş:

FutbolPressBakıda Premyer Liqanın ikinci dövrəsinə hazırlıqlarını davam etdirən "Neftçi" və "Kəpəz" yoxlama görüşündə qarşılaşıblar.

Dünən "CBC Sport Cup" turnirində "Şərurspor"u məğlub edərək çempion olan "Flaqman" bu gün Gəncə təmsilçisi üzərində də qələbə qazanıb.

Gərgin keçən matçda "ağ-qaralar" 2:1 hesabı ilə qalib gəliblər. "Neftçi"nin heyətində Ruslan Qurbanov dubl edib. "Kəpəz"dən isə yeni transfer Vladimir Korobka fərqlənib.


23 yanvar 

Yoxlama oyunu

17:00. "Neftçi" - "Kəpəz" - 2:1
Qollar: 
Ruslan Qurbanov, 61 (1:0), 72 (2:0), Vladimir Korobka, 74 (2:1)


oxunma sayı: 323 | Paylaş:




?>