')

Bu gün:


FutbolPress.Az | "Kimyagərlər" son sınağında heç-heçə etdi

"Kimyagərlər" son sınağında heç-heçə etdi


oxunma sayı: 107 Paylaş:

FutbolPressTürkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində sonuncu yoxlama oyununu keçirib. 

Komanda əvvəlcədən planlaşdırıldığı kimi, 4 dəfə Rumıniya çempionu olmuş "Petrolul"la üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Sumqayıt"dan yeganə qolu 90-cı dəqiqədə Pərdis Fərcad-Azad vurub.
 
Xatırladaq ki, "Kimyaçılar” Türkiyədə olduğu müddətdə bundan başqa, daha 3 yoxlama oyunu keçirib. Samir Abasovun rəhbərlik etdiyi komanda Qazaxıstan "Akjayık" klubuna 1:0 hesabı ilə qalib gəlib, Rumıniya təmsilçisi "Voluntari" ilə 0:0 hesablı heç-heçə edib və son İran çempionu "Sepahan"a 1:2 hesabı ilə məğlub olub.

Yoxlama oyunu
22 yanvar

"Sumqayıt" - "Petrolul" 1:1


oxunma sayı: 107 | Paylaş:




?>