')

Bu gün:


FutbolPress.Az | "Zirə" Antalyanı qələbə ilə tərk edir

"Zirə" Antalyanı qələbə ilə tərk edir


oxunma sayı: 110 Paylaş:

FutbolPress“Zirə” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışını başa vurub.

“Qartallar” toplanışın son günündə yoxlama oyununda qüvvəsini sınayıb.

Rəqib Rumıniyanın güclü klublarından “Tırqu-Mureş” idi. Baş məşqçi Adil Şükürov start heyətində Anar Nəzirov, Sadiq Quliyev, Yovan Krneta, Tellur Mütəllimov, Aleksandr Şemonayev, Viktor İqbekoyi, Tato, İqor İvanoviç, Nicat Qurbanov, Nurlan Novruzov və Nelson Bonillaya şans vermişdi.

Oyuna yaxşı başlayan komanda tezliklə hesabı açıb. Təşkil olunan baxımlı hücumu Tato qolla tamamlayıb – 1-0. İkinci hissədə Rəşad Abdullayev, Vüsal İsgəndərli və Ruslan Poladov da meydana çıxdı. Fasiləyə qədər hesab dəyişmədi. Fasilədən sonra “Tırqu-Mureş”li futbolçular nisbətən fəallığı artırdılar. Ancaq “Zirə” xüsusi ilə sürətli hücumlarla bir neçə dəfə hesabı artırmaq imkanı qazandı. Son dəqiqələrdə Nurlan Novruzovun fərqlənməsinə qapı tiri imkan vermədi. Buna qədər isə Nelson və Rəşadın qarşısını qapıçı kəsmişdi. Oyun qəsəbə klubunun 1-0 hesablı qələbəsi ilə başa çatdı.

Dieqo de Souza və Tərzin Cahangirov zədəli olduğu üçün, Təmkin Xəlilzadə isə xəstəlikdən sonra tam hazır olmadığından oyunda iştirak edə bilmədi.


oxunma sayı: 110 | Paylaş:




?>