')

Bu gün:


FutbolPress.Az | Abatsiyev "İnter"dən ayrıldı

Abatsiyev "İnter"dən ayrıldı


oxunma sayı: 215 Paylaş:

FutbolPress“İnter”in qış təlim-məşq toplanışını harda keçirəcəyinə aydınlıq gəlib. “Bankirlər”  yanvarın 3-də ölkəni tərk edəcək və ertəsi gündən etibarən Türkiyədə  hazırlığa başlayacaq.

 Paytaxt təmsilçisi Türkiyədə 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Bunlardan ikisi artıq bəllidi. Yanvarın 12-də Bremen “Verder”inin ikinci komandası ilə qarşılaşacaq “İnter” bir yoxlama görüşü çərçivəsində də ikitərəfli matç keçirəcək. Hələlik digər rəqiblərin kimliyi məlum deyil. Yanvarın 23-də son yoxlama görüşünü keçərəcək komanda ertəsi gün toplanışı başa vurub vətənə qayıdacaq.

Bu arada “İnter” artıq bir futbolçu ilə yollarını ayırıb. Mövsümlərarası fasilədə anlaşmasının müddətini artıran Abdulla Abatsiyev baş məşqçi Zaur Svanidzeyə lazım olmayıb. 22 yaşlı yarımmüdafiəçi artıq rəsmən yola salınıb.


oxunma sayı: 215 | Paylaş:




?>