')

Bu gün:


FutbolPress.Az | Qriqorçuk: "Cavid Hüseynovun yeri getdikcə daha çox görünür"

Qriqorçuk: "Cavid Hüseynovun yeri getdikcə daha çox görünür"


oxunma sayı: 369 Paylaş:

FutbolPressBu gün Azərbaycan Premyer Liqasının XVIII turuna start verildi. "Azərsun Arena"da "Qəbələ"ni qəbul edən "Qarabağ" əvvəlcə geri düşdüyü hesabı bərabərləşdirə bildi - 1:1. 

Matç bu hesabla başa çatdı. Oyunsonrası mətbuat konfransında "Qəbələ"nin baş məşqçisi Roman Qirqorçuk fikirlərini bölüşdü: "Çox sürətli bir oyun oldu. Qələbə də ola bilərdi, ancaq penalti şansı əldən çıxdı. Əvvəl hansısa oyunlarda penalti olacağı halda kimin zərbə vuracağını əvvəldən müəyyənləşdirərdim və komandaya bildirərdim. Niyəsə, bu dəfə bu müzakirə olunmamışdı. Dodo özü topu götürdü və zərbəni vurdu. Futbolda belə hallar olur. Təəssüf edirəm ki, qol olmadı. Olsaydı, qələbə qazanmış olacaqdıq. Ancaq əsas məsələ odur ki, komanda layiqli  mübarizə apardı, liderlə oyunda xal qazandıq. Fasiləyə məğlubiyyətlə yollanmamaq da vacib idi".

Ukraynalı mütəxəssis istintaqı davam edən Cavid Hüseynov mövzusuna da toxundu: "Əlbəttə ki, Cavidin yoxluğu özünü göstərir. Cavid Hüseynovun yeri getdikcə daha çox görünür. O, vacib məqamlarda həlledici rol oynaya bilirdi. Ən əsası, komandanın kapitanı idi. Bilirsiz, hamımız arzulayırıq, istərdik ki, onun günahsız olduğu sübuta yetirilsin və sıralarımıza qoşulsun. Bu, komandanın mühitinə də əvəzsiz yaxşı təsir edərdi, həm də bizim Cavidin köməyinə hədsiz ehtiyacımız var".

Komandada hansı dəyişikliklər olacağı barədə isə heç bir proqnoz vermədi: "Dəyişikliklər olacaq. Ancaq kimlər gedəcək, hansı ölkədən hansı futbolçular gələcək - bu barədə heç bir informasiya verə bilməyəcəm. Çalışmalarımız davam edir. İkinci dövrədə turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmaqçün gərgin mübarizə olacaq və bu mübarizəyə hazır olmaqçün təbii ki, heyətə əl gəzdirməliyik"

"FutbolPress"


oxunma sayı: 369 | Paylaş:




?>